2018 “Çağırış Kuboku” - “Azərreyl” və “Stiinta” cavab oyunu Azerrailvc.az

2018 “Çağırış Kuboku” - “Azərreyl” və “Stiinta” cavab oyunu

9 yanvar 2018-ci ildə  Azərreyl Voleybol Mərkəzində keçirilən cavab oyununda komandamız oyunu 3-0 ( 25-23, 27-25, 25-14 ) hesabı ilə qazandıqdan sonra, rəqibinə “Qızıl Set” də 15-13 hesabı ilə məğlub oldu. Beləliklə “Azərreyl” 2017-2018 mövsümü  üçün  Avrokubok oyunu bitti.

Qeyd  edək ki, “Azərreyl” – “Stiinta” ilk qarşılaşması 12 dekabr 2017-ci ildə Rumıniyanın Bakau şəhərində baş tutmuşdu. Həmin qarşılaşmada komandamız 3-1 hesabı ilə məğlub olmuşdu.

Famil Ağayev : “Bütün setlərdə qalib gəldik və sonda “Qızıl Set” də 5-10 hesabı ilə öndə idik. Qələbə qaçınılmaz idi. Lakin sonradan rumınlar önə keçdi və qələbə qazandı”

Adriana Roqojinaru ( “Stiinta”,  Baş Məşqçisi ) : “Rəqibimiz çox güclü idi və qalib gələcəyimizi düşünmürdüm . Çünki oyunu 3-0 uduzduqdan sonra “Qızıl set” də də 5-10 hesabı ilə geridə idik. Gərgin və maraqlı oyun oldu bizim üçün”.

Denisa Adriana Rogojinaru ( “Stiinta” Kapitan ) :  “Qarşılaşmada uduzduqdan sonra qalib gələcəyimizi düşünmürdüm. “Qızıl set”də 5:10 hesabı ilə geridə olduğumuz üçün inamımız çox az idi”.

 

Azərreyl – Stiinta 3 -0 ( 25-23, 27-25, 25-14 ) “Qızıl Set” 13-15

Tarix: 10 Yanvar 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    3
    ABŞERON
    1

FACEBOOK

KEÇİDLƏR