AZƏRREYL I DÖVRƏNİN OYUNLARINI QALİBİYYƏT İLƏ BİTİRDİ Azerrailvc.az

AZƏRREYL I DÖVRƏNİN OYUNLARINI QALİBİYYƏT İLƏ BİTİRDİ

2017/2018 mövsümü  Azərbaycan  Super  Liqası  I dövrənin son turun oyunları 2 fevral 2018-ci ildə Azərreyl Voleybol Mərkəzində baş tutdu. İlk öncə “Azərreyl” və “Abşeron” komandaları yarışdı.

İlk setdə “Abşeron” komandası 26-24 hesabı ilə qələbə qazansada, sonrakı 3 setdə ( 25-12, 25-15, 25-19 )  isə komandamız böyük fərqlə, I dövrənin III turun oyunlarını qələbə ilə başa vurdu.

 

Bu oyunun ən məhsuldar oyunçuları Katerina Jidkova və Anna Dovhopoliukdur. Komandanın hesabına Jidkova  22,  Anna isə  21 xal yazdıra bildi.

 

Blokda ən yaxşılar 5 xalla Svetlana Dorsman, 4 xalla isə Viktoriya Dyedkova oldu.

 

Famil Ağayev: İlk set istədiyimiz kimi alınmadı. I setde öndə olsaqda sonradan “Abşeron” komandası çox gözəl mübarizə apararaq önə keçdi və 26-24 hesabı ilə qələbə qazandı. Komandamız sonradan güclərini toplayıb setlərdə böyük fərq yaradaraq I dövrənin III turun oyununu qələbə ilə başa vurdu.

 

Azərbaycan Super Liqası

2 Fevral

I dövrə III tur

“Azərreyl” – “Abşeron”  3 - 1  ( 24-26, 25-12, 25-15, 25-19 )

“Lokomotiv” – "AVF"      0 - 3  (12-25, 19-25, 14-25)

 

Tarix: 2 Fevral 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    3
    ABŞERON
    1

FACEBOOK

KEÇİDLƏR