AZƏRREYL IV TURDA DA QALİB GƏLDİ Azerrailvc.az

AZƏRREYL IV TURDA DA QALİB GƏLDİ

Bugün  Azərbaycan  Super  Liqası  II dövrənin  IV  turu  çərçivəsində  ilk oyunu  “Azərreyl” və “AVF” komandaları arasında keçirildi. İlk dövrənin qalibi olan “Azərreyl”, bu  turda da rəqibinə set vermədi. I ( 25-19 ) və III ( 25-17 ) setləri  rahat qazanan  komandamız , II  setdə

 ( 25-22 )  biraz  çətinlik  çəkdi.

 

Bu oyunun ən məhsuldar oyunçusu  Katerina Jidkova oldu. Hücumçumuz komandanın hesabına 19 xal yazdıra bildi.

 

Blokda ən yaxşı 3 xalla Svetlana Dorsman, 2 xalla isə  Aynur Kərimova oldu.

 

Famil  Ağayev: İstədiyimiz qələbəni aldıq. Lakin oyundan tamda razı qalmadım. Çünki bəzi səhvlərə yol verdik. Çalışacağıq ki səhvlərimizi məşqlərdə düzəldək. “AVF” komandasıda əvvəlki oyunlara  nisətən daha da güclənmiş vəziyyətdə çıxdı qarşımıza və bu oyun düşündüyümüzdən gərgin keçdi.

 

Azərbaycan Super Liqası

9 Fevral

II dövrə IV tur

“Azərreyl” – “AVF”  3 - 0  ( 25-19, 25-22, 25-17 )

 

Tarix: 9 Fevral 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    1
    ABŞERON
    3
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0

FACEBOOK

KEÇİDLƏR