AZƏRREYLDƏN ASAN QƏLƏBƏ Azerrailvc.az

AZƏRREYLDƏN ASAN QƏLƏBƏ

Bugün Azərbaycan Super Liqasında  II dövrə V turun oyunları keçirildi. Ölkəmizin flaqman voleybol komandası “Azərreyl”, bugünkü oyunda “Lokomotiv” ə qarşı mübarizə apardı. Azərreyl Voleybol Mərkəzində keçirilən oyunda “Azərreyl” rəqibinə set vermədən oyunu başa vurdu. Famil Ağayev əsasən komandaya  yeni qatılan gənc oyunçularımıza üstünlük verdiyi oyunda komandamız 3 set  davam edən mübarizəni çətinlik çəkmədən qazandı. İlk iki seti (25-14, 25-15 ) asanlıqla qazanan komandamız, son seti (25-21 ) hesabı ilə başa vurdu.

 

Bu oyunun ən məhsuldar oyunçusu  Katerina Jidkova oldu. Hücumçumuz komandanın hesabına 22 xal yazdıra bildi.

 

Famil Ağayev: Bu oyunda daha çox komandamıza yeni qatılan gənc oyunçularımızı ön planda tutmağa çalışdım və onları oyuna qatdıq. Bilirsiniz ki, qarşı tərəfdə də daha çox gənclər oynuyurdu. Buna baxmayaraq komandamız setlərdə böyük fərqlə qalib gəldi və gözəl oyun nümayiş etdirdilər.

 

Azərbaycan Super Liqası

16  Fevral

II Dövrə  V Tur

“Azərreyl” – “Lokomotiv”  3 - 0  ( 25-14, 25-15, 25-21 )

 

Tarix: 16 Fevral 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    1
    ABŞERON
    3
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0

FACEBOOK

KEÇİDLƏR