AZƏRBAYCAN VOLEYBOL FEDERASİYASI HESABATINI TƏQDİM ETDİ Azerrailvc.az

AZƏRBAYCAN VOLEYBOL FEDERASİYASI HESABATINI TƏQDİM ETDİ

24 fevral 2018-ci ildə Azərbaycan Voleybol Federasiyası ( AVF ) son iki il üçün Hesabat Konfransı keçirdi. Tədbirdə 2016-cı ilin oktyabr ayından bugünə kimi  inkişafından danışılıb və görüləcək işlər barədə söhbət açılıb.

Görülən işlər barədə çıxış edən AVF Prezidentinin müşaviri, Rəyasət heyətinin üzvü Əbülfəz Hüseynov ölkə voleybolunun son illərdə yüksələn xətlə hərəkət etdiyini deyib. O, ölkəmizdə keçirilən yarışlar barədə məlumat verib və Avropa çempionatının yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Ardınca AVF-nin maliyyə məsələləri üzrə vitse-prezidenti Vəsilə Abulova hesabat verib. O da ölkə voleybolunda son illər ərzində böyük işlər görülməsindən danışıb.

 

Daha sonra Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə ölkə idmanında voleybolun rolunu xüsusi qeyd edib. O bildirib ki, Azərbaycan voleybolçuları daim qələbələri ilə xalqımızı sevindirir.

 

Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov da hesabat xarakterli çıxış edib. O, voleybolumuzun daha da inkişaf edəcəyini və voleybolçularımızın qələbələri sıralayacağını vurğulayıb.  

Tarix: 25 Fevral 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    1
    ABŞERON
    3
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0

FACEBOOK

KEÇİDLƏR