II DÖVRƏNİN QALİBİ AZƏRREYL OLDU Azerrailvc.az

II DÖVRƏNİN QALİBİ AZƏRREYL OLDU

 Bugün  2017/2018 mövsümü  Azərbaycan Super Liqasında II Dövrənin son oyunları keçirildi. Azərreyl Voleybol Mərkəzində baş  tutan oyunlarda ilk olaraq AVF və “Lokomotiv” , daha sonra isə “Azərreyl” və “Abşeron” komandaları qarşılaşdı.

Ölkəmizin flaqman voleybol komandası olan "Azərreyl" I  Dövrədə olduğu kimi  II Dövrəni də qalib bitirdi.

 

Bu mövsüm üçün Ölkə Çempionu olmaqda iddialı olan iki komanda “Azərreyl” və “Abşeron”  güclərini bir daha ortaya qoydu. Olduqca gərgin oyun nümayiş etdirən liderlərin matçı  sonda  “Azərreyl” in qələbəsi ilə yekunlaşdı və komandamız birinciliyə 1 addım daha da yaxınlaşdı.

 

Bu oyunun ən məhsuldar oyunçusu  Katerina Jidkova oldu. Hücumçumuz komandanın hesabına 24 xal yazdıra bildi.

 

Blokda isə ən yaxşı 4 xalla Aynur Kərimova oldu.

 

Famil Ağayev: Oyunda istədiyimiz nəticəni aldıq. Yenədə bəzi səhvlərimiz oldu və növbəti məşqlərdə onlarıda aradan qaldıracayıq. Bu oyunda bəzi setlərdə hesab bərabərləşirdi və buda onu göstərir ki, rəqibimiz heç də zəif deyil.

 

2 mart

II Dövrə  VI tur

“Azərreyl” – “Abşeron” - 3:0 (25:19, 25:16, 25:19)

I Dövrə: “Abşeron” – “Azərreyl” - 1:3 (26:24, 12:25, 15:25, 19:25)

 

AVF – “Lokomotiv” - 3:0 (25:15, 25:13, 25:16)

I Dövrə: “Lokomotiv” – AVF – 0:3 (12:25, 19:25, 14:25)

 

 

Tarix: 2 Mart 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    1
    ABŞERON
    3
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0

FACEBOOK

KEÇİDLƏR