AZƏRREYL III DÖVRƏYƏ DƏ QALİB BAŞLADI Azerrailvc.az

AZƏRREYL III DÖVRƏYƏ DƏ QALİB BAŞLADI

Bugün qadınlar arasında keçirilən Azərbaycan Super Liqasında III Dövrənin oyunlarına start verilib. Azərreyl Voleybol Mərkəzində keçirilən VII turun oyunlarında ilk olaraq  “Abşeron” və “Lokomotiv” komandaları qarşılaşıb. Tura  “Azərreyl” və AVF qarşılaşması ilə yekun vuruldu.

Ölkəmizin flaqman voleybol komandası və 2017/2018 sezonunun qalibi yolunda əmin addımlarla irəliləyən  “Azərreyl”,  bugünkü oyunu 3-1 ( 25-21, 21-25, 25-16. 25-21 ) hesabı ilə bitirdi. 4 set davam edən matç da “Azərreyl” və “AVF” komandaları olduqca gərgin oyun nümayiş etdirdilər.

 

Bu oyunun ən məhsuldar oyunçusu  Anna Dovhopoliuk oldu. Hücumçumuz komandanın hesabına 26  xal yazdıra bildi.

 

Blokda ən yaxşılar Aynur Kərimova və Svetlana Dorsman oldu. Hər ikisi komandanın hesabına 4 xal yazdırdı.

 

Super Liqa

VII tur

9 mart

 

“Azərreyl” – AVF - 3:1 (25:21, 21:25, 25:16, 25:21)

I dövrə: “Azərreyl” - AVF - 3:0 (25:23, 25:19, 25:13)

II dövrə: "AVF" – “Azərreyl” - 0:3 (19:25, 22:25, 17:25)

 

“Abşeron” – “Lokomotiv” - 3:0 (25:11, 25:10, 25:17)

I dövrə: “Lokomotiv” – “Abşeron” - 0:3 (21:25, 17:25, 19:25)

II dövrə: “Abşeron” – “Lokomotiv” – 3:0 (25:22, 25:19, 25:13)

Tarix: 9 Mart 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    1
    ABŞERON
    3
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0

FACEBOOK

KEÇİDLƏR