AZƏRREYL ÖLKƏ ÇEMPİONATINDA QƏLƏBƏYƏ DOĞRU Azerrailvc.az

AZƏRREYL ÖLKƏ ÇEMPİONATINDA QƏLƏBƏYƏ DOĞRU

Bugün Azərbaycan Super Liqasında III Dövrənin oyunlarına yekun vuruldu. Azərreyl Voleybol Mərkəzində  IX  tur çərçivəsində keçirilən oyunlarda ilk öncə AVF və “Lokomotiv”, daha sonra isə “Azərreyl” və “Abşeron” komandaları qarşılaşdı.

Turun mərkəzi qarşılaşması “Azərreyl” və “Abşeron” komandaları arasında oldu. Olduqca gərgin oyun nümayiş  etdirən komandalar, 2017/2018 mövsümünün Ölkə Çempionunu bəlli etdi.

Setlərin bəzən bərabərləşməsi və hansı komandanın öndə olduğunun tez-tez yer dəyişməsindən son ana qədər oyunun qalibinin müəyyənləşməsi olduqca çətin oldu.

Famil Ağayevin yetirmələri 3-1 ( 25-19, 21-25, 28-26, 25-18) setlərlə meydandan qalib ayrıldı.

Ötən ay “Novruz kuboku”nun sahibi olan komandamız, 2015/2016 mövsümündə olduğu kimi yenə ili qızıl medallarla başa vuracaqlar.

 

Famil Ağayev: 3-1 hesabı ilə qalib gəlməyimizə baxmayaraq oyundan razı qalmadım. Gözlədiyimiz nəticə quru hesabla qalib gəlmək idi. Görünür hələdə komanda olaraq bəzi səhvlərimiz var və biz onları növbəti oyunarda aradan qaldırmalıyıq. Düşünürəmki komandalar olduqca gərgin və maraqlı oyun nümayiş etdirdilər. Ölkə Çempionatının bitməyinə 1 Dövrə-3 tur qalmasına baxmayaraq artıq bu mövsümün qalibi müəyyənləşdi.

 

Bu oyunun ən məhsuldar oyunçuları Katerina Jidkova və Svetlana Dorsman oldu. Hər iki oyunçumuz  komandanın hesabına 17 xal yazdıra bildi.

 

Blokda isə ən yaxşı 6 xalla Svetlana dorsman oldu.

 

Super Liqa

IX tur

2 aprel

 

“Abşeron” - “Azərreyl” – 1-3 (19-25, 25-21, 26-28, 18-25)

I dövrə: “Abşeron” - “Azərreyl” – 1-3 (26-24, 12-25, 15-25, 19-25)

II dövrə: “Azərreyl” - “Abşeron” – 3-0 (25-19, 25-16, 25-19)

 

“Lokomotiv” - AVF – 0-3 (17-25, 17-25, 29-31)

I dövrə: “Lokomotiv” - AVF – 0-3 (12-25, 19-25, 14-25)

II dövrə: AVF - “Lokomotiv” – 3-0 (25-15, 25-13, 25-16)

 

Tarix: 2 Aprel 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    1
    ABŞERON
    3
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0

FACEBOOK

KEÇİDLƏR