AZƏRREYLDƏN NÖVBƏTİ QƏLƏBƏ Azerrailvc.az

AZƏRREYLDƏN NÖVBƏTİ QƏLƏBƏ

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IV dövrənin oyunlarına start verilib. X tur çəçivəsində Azərreyl Voleybol Mərkəzində baş tutan oyunlarda ilk olaraq “Abşeron” və “Lokomotiv” komandaları görüşüb. Daha sonra isə “Azərreyl” və AVF komandaları meydana çıxıb.

Artıq yavaş-yavaş Ölkə Çempionatında sona yaxınlaşan komandalar bu turda da güclərini ortaya qoyublar. Bu mövsümün çempionluğunu rəsmiləşdirən “Azərreyl”, AVF komandasını setlərdə 3-0 (25-10, 25-18, 26-24) hesabı ilə məğlub edərək, rəqibinin gümüş medal qazanmaq istəyinin reallaşmasına imkan verməyib.

 

Bu oyunun ən məhsuldar oyunçuları Katerina Jidkova və Anna Dovhopoliuk oldu. Hər iki hücumçumuz bu turda komandanın hesabına 15 xal yazdıra bildi.

 

Super Liqa

5 aprel

X tur

 

AVF – “Azərreyl” – 0-3 (10-25, 19-25, 24-26)

I dövrə: “Azərreyl” - AVF – 3-0 (25-23, 25-19, 25-13)

II dövrə: AVF – “Azərreyl” – 0-3 (19-25, 22-25, 17-25)

III dövrə: “Azərreyl” – AVF – 3-1 (25-21, 21-25, 25-16, 25-21)

 

“Lokomotiv” – “Abşeron” – 0-3 (15-25, 11-25, 15-25)

I dövrə: “Lokomotiv” – “Abşeron” – 0-3 (21-25, 17-25, 19-25)

II dövrə: “Abşeron” – “Lokomotiv” – 3-0 (25-22, 25-19, 25-13)

III dövrə: “Abşeron” – “Lokomotiv” – 3-0 (25-11, 25-10, 25-17)

Tarix: 5 Aprel 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    1
    ABŞERON
    3
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0

FACEBOOK

KEÇİDLƏR