AZƏRREYL XI TURDA DA QALİB GƏLDİ Azerrailvc.az

AZƏRREYL XI TURDA DA QALİB GƏLDİ

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XI turun oyunları baş tutub. Azərreyl Voleybol Mərkəzində keçirilən oyunlarda ilk olaraq “Azərreyl” və “Lokomotiv”, daha sonra isə AVF və “Abşeron” komandaları qarşılaşıb.

 

“Azərreyl” yenedə rəqibinə set vermədən IV dövrənin finala son oyun qalmış matçını qələbə ilə yekunlaşdırdı. Ölkəmizin flaqman voleybol komandası 2017/2018 mövsümünün aşkar qalib və favorit klubudur.

 

Komandamız setlərdə rəqibinə heç bir şans verməyərək, 3-0 ( 25-12, 25-11, 25-18) hesabı ilə qalib gəldi. Artıq çempionluğunu təmin edən “Azərreyl”, mövsümdəki qələbə sayını 11-ə çatdırıb.

 

Bu oyunun ən məhsuldar oyunçusu Katerina Jidkova oldu. Hücumçumuz komandanın hesabına 14 xal yazdıra bildi.

 

Blokda da ən yaxşı oyunçu yenə də 5 xalla Katerina Jidkova oldu.


 

13 aprel

Super Liqa

XI tur

 

“Azərreyl” – “Lokomotiv” – 3-0 (25-12, 25-11, 25-18)

 

I dövrə: “Lokomotiv” – “Abşeron” – 0-3 (21-25, 17-25, 19-25)

II dövrə: “Abşeron” – “Lokomotiv” – 3-0 (25-22, 25-19, 25-13)

III dövrə: “Abşeron” – “Lokomotiv” – 3-0 (25-11, 25-10, 25-17)

 

“Abşeron” – AVF – 3-1 (25-23, 20:25, 25-11, 25-18)

 

I dövrə: “Azərreyl” - AVF – 3-0 (25-23, 25-19, 25-13)

II dövrə: AVF – “Azərreyl” – 0-3 (19-25, 22-25, 17-25)

III dövrə: “Azərreyl” – AVF – 3-1 (25-21, 21-25, 25-16, 25-21)

 

 

Tarix: 13 Aprel 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    1
    ABŞERON
    3
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0

FACEBOOK

KEÇİDLƏR