ÇEMPİON AZƏRREYL Azerrailvc.az

ÇEMPİON AZƏRREYL

Bu gün qadın voleybolçular arasında 2017/2018 mövsümünün  Azərbaycan Super Liqasının son oyunları baş tutdu. Azərreyl Voleybol Mərkəzində keçirilən oyunlarda meydana ilk olaraq 3-cü yer uğrunda  AVF və “Lokomotiv” komandaları çıxdı. “Lokomotiv” komandası bu mövsüm üçün ilk qələbəsini 3-1 hesabı ilə qazandı.

 

Bu mövsümün son oyunu isə “Azərreyl” və “Abşeron” komandaları arasında oldu. İl boyu məğlubiyyətlə üzləşməyən komandamız, son oyunda 1-3 hesabı ilə məğlub oldu.

İlk setdə hesabı 25-12 kimi böyük fərqlə bitirən komandamız,  növbəti setlərdə (22-25. 21-25, 15-25) hesabları ilə məğlub oldu.

Bu turda gözlənilməyən qələbələrin olması əvvəlcədən müəyyənləşmiş  qaliblərin sıralanmasını dəyişə bilmədi.

Beləliklə 110 gün davam edən marafon başa çatdı.

Bu oyunun ən məhsuldar oyunçusu Katerina Jidkova oldu. Hücumçumuz komandanın hesabında 29 xal yazdıra bildi.

Ən yaxçı blokçuda yenə 4 xalla Katerina Jidkova oldu.

 

Super Liqa XII tur

15 aprel

 

AVF - “Lokomotiv” – 1-3 (18-25, 23-25, 25-14, 21-25)

 

I dövrə: “Lokomotiv” - AVF – 0-3 (12-25, 19-25, 14-25)

II dövrə: AVF - “Lokomotiv” – 3-0 (25-15, 25-13, 25-16)

III dövrə: “Lokomotiv” - AVF – 0-3 (17-25, 17-25, 29-31)

 

“Azərreyl” - “Abşeron” – 1-3 (25-12, 22-25, 21-25, 15-25)

 

I dövrə: “Abşeron” - “Azərreyl” – 1-3 (26-24, 12-25, 15-25, 19-25)

II dövrə: “Azərreyl” - “Abşeron” – 3-0 (25-19, 25-16, 25-19)

III dövrə: “Abşeron” - “Azərreyl” – 1-3 (19-25, 25-21, 26-28, 18-25)

 

Tarix: 15 Aprel 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    1
    ABŞERON
    3
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0

FACEBOOK

KEÇİDLƏR