Yığmamızın İsveçlə oyunlarının vaxtı dəqiqləşdi Azerrailvc.az

Yığmamızın İsveçlə oyunlarının vaxtı dəqiqləşdi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avro-2019-un seçmə mərhələsindəki oyunlarından ikisinin keçirilmə günü dəqiqləşib. Fərid Cəlalovun yetirmələri qitə çempionatına avqustun 15-də start verəcəklər.

 

Komandamız həmin gün Bakıda İsveç yığmasını qəbul edəcək. Bu millilər arasında cavab qarşılaşması isə 2019-cu il yanvarın 9-na təyin edilib.

 

Qeyd edək ki, voleybolçularımız İsveçlə yanaşı, Yunanıstan və Lüksemburqla birgə G qrupunda yer alıb.

 

Tarix: 23 Aprel 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    ABŞERON
    0
  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    2
    LOKOMOTİV
    3

FACEBOOK

KEÇİDLƏR