Yunanıstan – Azərbaycan oyunun tarixi açıqlandı Azerrailvc.az

Yunanıstan – Azərbaycan oyunun tarixi açıqlandı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avro-2019-un seçmə mərhələsindəki oyunlarından daha birinin vaxtı dəqiqləşib. Fərid Cəlalovun yetirmələri qitə çempionatının III turuna avqustun 18-də çıxacaqlar.

 

Həmin gün komandamız Yunanıstanla üz-üzə gələcək. Oyunun keçiriləcəyi şəhər və başlama saatı isə bugünlərdə bəlli olacaq.

 

Qeyd edək ki, voleybolçularımız Yunanıstanla yanaşı, İsveç və Lüksemburqla birgə G qrupunda yer alıb. Yunanlardan öncə isə isveçlilərlə oyunlarımızın tarixi dəqiqləşmişdi. Təmsilçimiz bu rəqiblə avqustun 15-də səfərdə, 2019-cu il yanvarın 9-da ölkəmizdə oynayacaq.

Tarix: 25 Aprel 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    0
    HERMES
    3
  • AZERRAIL
    0
    HERMES
    3
  • AZERRAIL
    1
    ABŞERON
    3

FACEBOOK

KEÇİDLƏR