Avropa Liqasında yenilik: hakimlərdən biri yerli olacaq Azerrailvc.az

Avropa Liqasında yenilik: hakimlərdən biri yerli olacaq

Avropa Voleybol Konfederasiyası (CEV) yeniliyə imza atıb. Bu ildən Avropa Liqasının qrup oyunlarını bir yerli hakim idarə edəcək.

 

Belə ki, ev sahibi olacaq komandanın görüşündə ikinci referi funksiyasını başqa ölkə təmsilçisi yerinə yetirməyəcək. Bu səbəbdən artıq qadınlardan ibarət Azərbaycan yığmasının avroliqadakı matçları idarə edəcək köməkçi hakimlər dəqiqləşib.

 

Millimizin Ukrayna ilə oyununda Eldar Əliyev ikinci referi olacaq. Portuqaliya ilə görüşdə Fikrət Axundov, Bolqarıstanla matçda isə Eldar Zülfüqarov iş başında olacaq.

 

Bakıda, Azərreyl Voleybol Mərkəzində keçiriləcək bu qarşılaşmalar müvafiq olaraq, mayın 19-da, 23-də və 30-da baş tutacaq.

Tarix: 2 May 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    1
    ABŞERON
    3
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0

FACEBOOK

KEÇİDLƏR