Yığmamız Maribora 14 voleybolçu ilə yollanır Azerrailvc.az

Yığmamız Maribora 14 voleybolçu ilə yollanır

Bu il qadınlar arasında Qızıl Avropa Liqası oyunları mayın 19-dan start götürəcək.

Ümumilikdə 12 komanda olmaqla 3 qrupa bölünərək davam edən mübarizədə Azərbaycan A qrupunda Bolqarıstan, Ukrayna, Portuqaliya yığmaları ilə mübarizə aparacaq.

Millimiz ilk olaraq Ukrayna komandası ilə mayın 19-u Azərreyl Voleybol Mərkəzində qarşılaşacaq.

Aprelin 15-dən Azərreyl Voleybol Mərkəzində məşqlərə başlayan Faiq Qarayevin yetirmələrin bugün Maribora yollanacaq.

Mayın 16-dək Sloveniyada təlim-məşq toplanışında olacaq voleybolçularımız hazırlığın gedişində bir neçə yoxlama matçı da keçirməyi planlaşdırır.  Bu rəqiblər sırasında Slovakiya, Sloveniya, Avstriya və Xorvatiya kimi komandalar var.

Təlim-məşq toplanışına komandamız aşağıdakı heyətlə yollanacaq:

 

Toppaylayıcılar: Şəfaqət Alışanova, Yana Əzimova;

Blokçular: Aynur İmanova, Ayşən Abduləzimova, Kseniya Pavlenko, Olena Həsənova;

Hücumçular: Odina Bayramova, Yelizaveta Səmədova, Katerina Jidkova, Anastasiya Bessonova, Marqarita Əzizova;

Liberolar: Ceyran İmanova, Bəyaz Əliyeva, Yuliya Kərimova.

 

Fotolar İslam Atakişiyevə məxsusdur.

Tarix: 4 May 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    1
    ABŞERON
    3
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0

FACEBOOK

KEÇİDLƏR