Millimiz Slovakiyaya qalib gəldi Azerrailvc.az

Millimiz Slovakiyaya qalib gəldi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Sloveniyada Qızıl Avropa Liqasına hazırlaşan Faiq Qarayevin yetirmələri bu dəfə Slovakiya yığmasını sınağa çəkib. Yığmamız çətinlik çəkmədən qələbə qazanıb - 3-0 (25-19, 25-14, 25-12).
Komandamız ilk görüşdə Avstriyaya 4-1 (25-15, 25-22, 25-20, 25-17, 10-15) hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, mayın 16-dək Mariborda təlim-məşq toplanışında olacaq millimizin Sloveniya və Xorvatiya ilə yoxlama oyunları da nəzərdə tutulub.

Tarix: 14 May 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    1
    ABŞERON
    3
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0

FACEBOOK

KEÇİDLƏR