Ukrayna millisi Bakıya bu heyətlə gəlir Azerrailvc.az

Ukrayna millisi Bakıya bu heyətlə gəlir

Qadın voleybolçulardan ibarət Ukrayna millisinin heyəti açıqlanıb. Qızıl Avropa Liqasında Azərbaycan yığmasının rəqibinin baş məşqçisi Qari Yeqiazarov Bakıya gətirəcəyi “14-lüy”ü müəyyənləşdirib.

 

Ukrayna yarışda əsasən gənc heyətə güvənəcək. Bu da aparıcı oyunçuların legioner həyatı yaşaması ilə bağlıdı. Onların mübarizə apardığı ölkələrdə yerli çempionatlar yeni başa çatdığından milliyə qoşulmayıblar. Çalışdırıcı bu “14-lüy”ü isə Belarusa 3:2 hesabı ilə qalib gəldikləri matçın yekununa əsasən açıqlayıb.

 

Toppaylayıcılar: 4. Alla Politanska, 14. Lyudmila Osaçuk, 17. Aleksandra Peretyatko,

 

Blokçular: 2. Diana Karpets, 9. Yuliya Qerasimova, 12. Anastasiya Karasova, 3. İrina Truşkina

 

Hücumçular: 1. Katerina Kalçenko, 5. Karina Denisova, 8. Anastasiya Krayduba, 10. Anna Kiriçenko, 11. Anna Stepanyuk, 16. Nadejda Kodola

 

Liberolar: 6. Kristina Nemtseva.

 

Qeyd edək ki, Azərbaycan ilk turda, mayın 19-da Ukraynanı qəbul edəcək. Voleybolçularımızın son oyunu da bu rəqibə qarşı olacaq və səfərdə baş tutacaq qarşılaşma iyunun 6-na təsadüf edəcək.

Tarix: 16 May 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    1
    ABŞERON
    3
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0

FACEBOOK

KEÇİDLƏR