Azərbaycan ilk oyunda qalib gəldi Azerrailvc.az

Azərbaycan ilk oyunda qalib gəldi

Bu gün qadınlar arasında Qızıl Avropa Liqasının ilk qrup oyunları keçirildi.

A qrupunda yarışan komandamız, ilk oyununu evində Ukrayna millisinə qarşı keçirdi.

İlk seti yaxşı başlamayan voleybolçularımız 25-16 hesabı ilə rəqibinə məğlub oldu. Növbəti setləri gərgin keçən oyunda komandamız 25-19, 25-23, 28-26 hesabları ilə qrup mərhələsinin ilk oyunundan qalib ayrıldı. Bu oyunun səfər görüşü isə iyunun 6-da Ukraynada baş  tutacaq.

Rəqiblərimiz öz evlərində qalib gələcəklərin ümid edirlər. Bu sözləri Ukrayna millisinin voleybolçusu Anna Stepanyuk müsahibəsində deyib:  “Turnirdəki ilk oyunu uduzduq. Amma hər şey hələ indi başlayır. Biz bəzi anlarda yaxşı oynadıq. Amma Azərbaycan millisi daha yaxşı çıxış etdi. Evdə qisas alacağımıza ümid edirik”. Ukrayna millisinin baş məşqçisi Qari Yeqizarov isə müsahibəsində Azərbaycanla oyundakı 1-3 hesablı məğlubiyyətini özünəinamın azlığı ilə izah edib: “Komandamız oyuna çox yaxşı başladı. Lakin voleybolçularımız özlərinə tam inanmırlar. Ümid edirik ki, qarşıdakı görüşlərdə yaxşı nəticələr göstərəcəyik”.

Tarix: 19 May 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    1
    ABŞERON
    3
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0

FACEBOOK

KEÇİDLƏR