Azərbaycan-Ukrayna matçının ən yaxşıları Azerrailvc.az

Azərbaycan-Ukrayna matçının ən yaxşıları

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasının ilk turunda keçirilən Azərbaycan – Ukrayna matçının statistik göstəriciləri açıqlanıb. Yığmamızın 3-1 (16-25, 25-19, 25-23, 28-26) hesablı qələbəsi ilə başa çatan görüş 94 dəqiqə davam edib.

 

Matçın ən məhsuldar oyunçusu ukraynalı hücumçu Anastasiya Krayduba olub. O, qarşılaşmada komandasına 26 xal qazandırıb.

 

Millimizin ən yaxşı bombadiri Katerina Jidkova 17 dəfə yığmamıza xal gətirib. Odina Bayramova və Aynur İmanova hər biri 14 xal toplayıb.

 

Komandamızın heyətində Olena Həsənova 12, Yelizaveta Səmədova 9, Marqarita Əzizova 2, Şəfaqət Alışanova 1 dəfə fərqlənib.

Tarix: 19 May 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    1
    ABŞERON
    3
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0

FACEBOOK

KEÇİDLƏR