“Voleybolçularımız qələbə əzmi nümayiş etdirdi” – Faiq Qarayev Azerrailvc.az

“Voleybolçularımız qələbə əzmi nümayiş etdirdi” – Faiq Qarayev

Azərbaycan-Ukrayna qarşılaşmasının dəyərləndirməsini qadınlardan ibarət Milli komandamızın baş məşqçisi Faiq Qarayev öz müsahibəsində təqdim etdi. “Ukraynaya qarşı oyun böyük problem idi. Komandamı qələbə münasibətilə təbrik edirəm. Sloveniyadakı təlim-məşq toplanışından sonra mövsümdə ilk rəsmi oyunumuzu keçirdik. Voleybolçularımız qələbə əzmi nümayiş etdirdi. Onlar öz meydanımızdakı azarkeşləri sevindirdilər. İndi növbəti matça hazırlaşacağıq”.

 

“Qrup qalibi olmaq istəyirik” – Yelizaveta Səmədova

“Möhtəşəm hisslərdi. Çox çətin oyun və əla qələbə!”.  bu sözləri Azərbaycan millisinin voleybolçusu Yelizaveta Səmədova deyib.

 

O, Avropa Qızıl Liqasının ilk turunun Ukrayna üzərindəki 3-1 hesablı qələbəni şərh edib: “Dördüncü setdə məğlubiyyət çox yaxın idi. Biz 7 top fərqlə geridə idik. Amma oyunda dönüş yarada bildik. Bilirəm ki, növbəti qarşılaşmalarda daha yaxşı çıxış edəcəyik. Biz qrup qalibi olmaq istəyirik”.

Qeyd edək ki, Azərbaycan yığması Ukraynaya 3-1 hesabı ilə qalib gəlib.

Tarix: 20 May 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    1
    ABŞERON
    3
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0

FACEBOOK

KEÇİDLƏR