Millimizdən ikinci qələbə Azerrailvc.az

Millimizdən ikinci qələbə

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında II tura start verilib.

A qrupunda  yer alan Azərbaycan yığması ikinci qarşılaşmasına da  Bakıda çıxıb.

İlk turda Ukraynaya 3-1 hesabı ilə qalib gələn Faiq Qarayevin yetirmələrinin rəqibi bu dəfə Portuqaliya voleybolçuları olub. Komandamız görüşdə aşkar favorit olsa da, ukraynalılarla matçdakı kimi yenə ilk seti uduzub.

Lakin növbəti setlərdə qonaqlar yığmamızın inamlı oyunu qarşısında tab gətirməyib. Millimiz ardıcıl ikinci qələbəsini bayram edib – 3-1(26-24, 25-17, 25-14, 25-17)

 

Qeyd edək ki, qrupumuzun digər görüşündə Bolqarıstan Ukrayna ilə oynayacaq.

 

Qızıl Avropa Liqası

A qrupu

II tur

23 may

Azərbaycan – Portuqaliya – 3-1 (24-26, 25-17, 25-14, 25-17)

Hakimlər: Saadettin Deneri (Türkiyə),  Fikrət Axundov (Azərbaycan)

Bakı, Azərreyl Voleybol Mərkəzi

 

Azərbaycan: 18. Şəfaqət Alışanova, 2. Yana Əzimova, 14. Kristina Yaqubova, 15.Aynur İmanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 7. Olena Həsənova, 5. Odina Bayramova, 8. Yelizaveta Səmədova, 11. Katerina Jidkova, 20. Marqarita Əzizova, 1. Ceyran İmanova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova.

 

Portuqaliya: 5. Eliana Durao, 8. Vanessa Rodriques, 2. Eduardo Duarte, 7. Nuria Silva, 9. Neusa Neto, 1. Fabiola Qomes, 17. Barbara Qomes, 10. Marta Hürst, 15. Yuliya Kavalenka, 6. Maria Maio, 12. Juliana Rosas, 11. Yoana Resende.

Tarix: 23 May 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    0
    HERMES
    3
  • AZERRAIL
    0
    HERMES
    3
  • AZERRAIL
    1
    ABŞERON
    3

FACEBOOK

KEÇİDLƏR