Millimiz qrupda əsas qalibiyyətini aldı Azerrailvc.az

Millimiz qrupda əsas qalibiyyətini aldı

Bu gün qadın voleybolçular arasında keçirilən Qızıl Avropa Liqası yarışlarının Azərbaycan üçün vacib oyunu keçirildi. A qrupunda yarışan komandamız  Bolqarıstana qarşı mübarizədən qalib ayrıldı. 26 may tarixində Bolqarıstanda keçirilən səfər oyununda 3-1 hesabı ilə məğlub qayıdan millimiz,  evində məğlubiyyətin revanşını almağı bacardı.

İlk seti 25-20 hesabı ilə öndə bitirən komandamız, II seti 23-25 kimi az bir fərqlə məğlub bitirdi. Faiq Qarayevin yetirmələri növbəti setləri almaq üçün var güclərini ortaya qoydular. Son iki seti 25-21 hesabı ilə qalib gələn komandamız azarkeşlərinə əsl qalibiyyət coşğusu yaşatdı.

  

 Qızıl Avropa Liqası

A qrupu

IV tur

 

30 may

Azərbaycan - Bolqarıstan – 3-1 (25-20, 23-25, 25-21, 25-21)

Hakimlər: Kristian Volf  (İsveçrə), Eldar Zülfüqarov (Azərbaycan)

Bakı, Azərreyl Voleybol Mərkəzi

 

Azərbaycan: 18. Şəfaqət Alışanova, 2. Yana Əzimova, 14. Kristina Yaqubova, 15.Aynur İmanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 7. Olena Həsənova, 5. Odina Bayramova, 8. Yelizaveta Səmədova, 11. Katerina Jidkova, 20. Marqarita Əzizova, 1. Ceyran İmanova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova.

 

Bolqarıstan: 7. Lora Kitipova, 8. Petya Barakova, 2. Nasya Dimitrova, 11. Xristina Ruseva, 10. Mira Todorova, 17. Borislava Saykova, 12. Mariya Karakaşeva, 1. Qerqana Dimitrova, 19. Aleksandra Milanova, 18. Silvana Çauşeva, 9. Monika Krsteva, 4. Veselina Qriqorova, 15. Jana Todorova, 3. Kristiana Petrova.

Tarix: 30 May 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    1
    ABŞERON
    3
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0

FACEBOOK

KEÇİDLƏR