Revanşdan sonra məşqçilərin müsahibəsi Azerrailvc.az

Revanşdan sonra məşqçilərin müsahibəsi

“Komandamızla fəxr edirəm”. Bu sözləri voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev deyib.

 

Qızıl Avropa Liqasının IV turunda Bolqarıstanla qarşılaşan yığmamız 3-1 hesablı qələbə ilə ilk matçdakı yenilginin revanşını alıb.

 

Matçdan sonra fikirlərini bölüşən Ağayev oyunu belə şərh edib: “Ulduzlarımız olmadan oynasaq da, bu gün meydançadakı oyunçularımızın hər biri mənim üçün ulduz idi. Faiq Qarayev olmadan mübarizə apardıq. Bu gün qızlar onun üçün döyüşdü. Birinci yer uğrunda mübarizəmizi davam etdiririk”.

 

Qeyd edək ki, 4 oyundan sonra 3 qələbə qazanan millimiz 9 xalla qrupda 2-ci pillədə qərarlaşıb.

“Çox çətin oyun oldu”. Bu sözləri qadınlardan ibarət voleybol üzrə Bolqarıstan yığmasının baş məşqçisi İvan Petkov deyib.

 

Qızıl Avropa Liqasının IV turunda millimizlə qarşılaşan bolqarlar 1-3 hesablı məğlubiyyətə üzülüb.

 

Matçdan sonra açıqlama verən Petkov oyunu belə şərh edib: “İlk seti uduzduqdan sonra vəziyyətdən çıxış yolu tapmağa çalışdıq. İkinci seti qazandıqdan sonra qələbə şansımız artdı. Ancaq bədbəxtlikdən biz uduzduq. Bununla belə, liderliyimizi davam etdiririk. Növbəti matça hazırlaşacağıq”.

Tarix: 31 May 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    1
    ABŞERON
    3
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0

FACEBOOK

KEÇİDLƏR