“Azərreyl” “Çelenc Cup”da Azerrailvc.az

“Azərreyl” “Çelenc Cup”da

2018/2019 mövsümü üçün ölkəmizi qadın voleybolçular arasında avrokubokda təmsil edəcək komandanın adına aydınlıq gəlib. Azərbaycan ötən il olduğu kimi, bu dəfə də “Çelenc Cup”da bir komanda ilə mübarizə aparacaq.

 

Qitəmiqyaslı turnirdə Super Liqanın qalibi “Azərreyl” çıxış edəcək. Bu, “dəmiryolçular”ın avrokubokda 18-ci cəhdidi. Bakılılar “Çelenc Cup”da isə 4-cü dəfə oynayacaqlar.

Yarışın püşkatması iyunun 28-də Lüksemburqda olacaq. Turnirə isə noyabrın 11-də start veriləcək.

Tarix: 21 İyun 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    1
    ABŞERON
    3
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0

FACEBOOK

KEÇİDLƏR