Voleybol üzrə ölkə çempionatına sabah start veriləcək Azerrailvc.az

Voleybol üzrə ölkə çempionatına sabah start veriləcək

Voleybol üzrə Azərbaycan Çempionatı 2018-2019 mövsümü üçün 22 dekabr tarixində start götürəcək. Azərbaycan “Super Liqa” yarışları 4 qadın (Azərreyl, Lokomotiv, Abşeron, AVF), Azərbaycan Çempionatı “Yüksək Liqa” yarışları 4 kişi (Lokomotiv, U-19, MOİK, Neftçi) komandalarının iştirakı ilə keçiriləcək. Dərnəgüldə yerləşən Voleybol Mərkəzində baş tutacaq görüşlərdə ilk olaraq meydançaya 12:30-da Neftçi – U19 daha sonra isə  14:30-da Azərreyl – Lokomotiv komandaları çıxacaqdır. Qeyd edək ki, Çempionatda növbəti turun oyunları  yanvar ayında keçiriləcəkdir. Hər iki çempionatın qalibi 4 dövrədə keçirdiyi oyunların nəticəsinə görə müəyyən olunacaq.

23 dekabr 2018-ci il tarixində Azərbaycan Voleybol Federasiyası kişi komandaları arasında “I Liqa” yarışlarına da start verəcək. 9 komandanın (U-16, İqtisadçı, Sumqayıt, Heydər Əliyev adına Hərbi Akademiya, Azəri, Ekspress, Masallı, Taleh, BDU) iştirak edəcəyi çempionatın ilk oyunları UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) idman zalında keçiriləcək. Qeyd edək ki, növbəti turun oyunları yanvar ayında keçiriləcəkdir. I Liqa yarışlarında oyunlar iki dövrədən ibarət olmaqla dairəvi sistemdə keçiriləcəkdir.

Tarix: 21 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    ABŞERON
    0
  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    2
    LOKOMOTİV
    3

FACEBOOK

KEÇİDLƏR