Azərreyl sezona qalib başladı Azerrailvc.az

Azərreyl sezona qalib başladı

Voleybol üzrə qadınlar və kişilər arasında 2018-2019 Azərbaycan Çempionatı “Super Liqa” yarışlarına 22 dekabr tarixində start verildi. Dərnəgüldə yerləşən Voleybol Mərkəzində ilk olaraq kişi komandalarının görüşü keçirildi. Neftçi komandası U-19 komandasını qəbul etdi. İlk hissədə Neftçi komandası 25-16 hesabı ilə rəqini məğlub etdi. II hissədə Akif Vəliyevin yetirmələri seti qazanmağa yaxın olsalar da bu hissənin  də sevinən tərəfi Neftçi klubu oldu. 

 

 Gənc oyunçulardan ibarət olan U-19 komandası əlinən gələni etsə də, oyunun taleyini dəyişə bilmədi.

 

Neftçi – U-19 3-0 (25-16, 32-30, 25-18)

 

Qadın komandaları arasında keçirilən Ölkə Çempionatında ilk oyun Azərreyl – Lokomotiv klubları arasında keçirildi. İlk hissədə 25-17 hesabı ilə Azərreyl  klubu qalib gəldi. II hissədə Lokomotiv komandası setə daha fəal başladı buna baxmayaraq üstünlüyü sona kimi daşıya bilmədi. Beləliklə II və III hissələr də Azərreyl komandasının xeyirinə sona çatdı.

 

Azərreyl – Lokomotiv 3-0 (25-17, 25-19. 25-21)

 

Qeyd edək ki, qadınlar və kişilər arasında keçirilən Azərbaycan Çempionatı “Super Liqa” yarışlarında növbəti turun oyunları yanvar ayında keçiriləcəkdir.

Tarix: 22 2018

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    0
    HERMES
    3
  • AZERRAIL
    0
    HERMES
    3

FACEBOOK

KEÇİDLƏR