Millimizin təsnifat mərhələsində növbəti qələbəsi Azerrailvc.az

Millimizin təsnifat mərhələsində növbəti qələbəsi

G qrupunda yarışan kişilərdən ibarət Milli komandamız Avropa Çempionatına  seçmə mərhələsində V turda ev oyununda Lüksemburq yığmasıyla qarşılaşıb.

 

 Azərreyl Voleybol Mərkəzində baş tutan yarışda Fərid Calalovun yetirmələri 3-1 hesabı ilə meydandan qalib ayrılıb.

 

İlk 2 seti ( 25-18, 27-25 ) qalib bitirən yığmamız, III seti ( 21-25 ) hesabı ilə məğlub oldu. Nəhayət, IV seti ( 25-20 ) hesabı ilə oyunu qalib bitirən komandamız Avropa Çempionatının finalında iştirak etməyə daha da yaxınlaşdı.

 

Bu oyunun ən məhsuldar oyunçusu Rəsul İbrahimov oldu. O, komandanın hesabına 18 xal yazdıra bildi.

 

Azərbaycan – Lüksemburq 3-1 ( 25-18, 27-25, 21-25, 25-20 )

Tarix: 5 Yanvar 2019

NÖVBƏTİ OYUNLAR

AZERRAIL - ABŞERON
23 Fevral 2019

SON OYUNLAR

  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    ABŞERON
    0

FACEBOOK

KEÇİDLƏR