Azərbaycan Çempionatında I turun növbəti oyunları keçirildi Azerrailvc.az

Azərbaycan Çempionatında I turun növbəti oyunları keçirildi

22 yanvar 2019-cu il tarixində Azərreyl Voleybol Mərkəzində kişilər və qadınlar arasında Azərbaycan Çempionatında I turun növbəti oyunları keçirildi.

 

Lokomotiv klubu MOİK komandasını qəbul etdi. İlk hissədə 25-19 hesabı ilə Calalovun yetirmələri qalib gəldilər.  İkinci hissə gərginliyi ilə yadda qaldı. Setin sonuna kimi gərginlik davam etsə də,  sonda yenə sevinən  26-24 hesabı ilə Lokomotiv komandası oldu.  Görüşün son setində  Lokomotiv 25-23 hesabı ilə qalib gələrək çempionatda ilk qələbəsini qazandı.

 

Bu gün qadınlar arasında keçirilən Ölkə Çempionatının növbəti oyununda AVF komandası Abşeron klubunu qəbul etdi. I setdə AVF 25-19 hesabı qalib gəldi. II hissədə Abşeron komandası setə üstün başladı və 25-14 hesabı qalib gələrək hesabı bərabərləşdirdi (1-1). III hissədə də Abşeron klubu böyük üstünlüklə qalib gəldi 25-17. IV setdə hər iki komanda qələbə qazanmaq üçün əlindən gələni etdi. Setin sonlarına yaxın AVF qələbəyə yaxın idi amma buna baxmayaraq Abşeron klubu toparlanaraq 25- 21 hesabı ilə IV hissədə qalib gəldi.

 

Lokomotiv – MOİK 3-0 (25-19, 26-24, 25-23).

AVF - Abşeron 1-3 (25-19, 14-25, 17-25, 21-25)

Tarix: 22 Yanvar 2019

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    ABŞERON
    0
  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    2
    LOKOMOTİV
    3

FACEBOOK

KEÇİDLƏR