Millimizin Avropa Çempionatında rəqibləri bəlli oldu Azerrailvc.az

Millimizin Avropa Çempionatında rəqibləri bəlli oldu

İstanbulda qadın voleybolçuların Avropa Çempionatının seçmə qrup mərhələsinin püşkü atılıb.

 

Püşkün nəticəsinə görə, yığmamız “C” qrupunda Macarıstan, Niderland, Xorvatiya, Rumıniya və Estoniya voleybolçuları ilə mübarizə aparacaq. Bu qrupun oyunlarına Budapeşt ev sahibliyi edəcək.

 

Avropa Çempionatı avqustun 23-dən sentyabrın 8-dək Türkiyə, Polşa, Macarıstan və Slovakiyada təşkil olunacaq. 2017-ci ildə eyni yarışa Azərbaycan və Gürcüstan ev sahibliyi edib.

Tarix: 23 Yanvar 2019

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    ABŞERON
    0
  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    2
    LOKOMOTİV
    3

FACEBOOK

KEÇİDLƏR