Lokomotiv Neftçiyə, MOİK isə U-19-a qalib gəldi Azerrailvc.az

Lokomotiv Neftçiyə, MOİK isə U-19-a qalib gəldi

Bu gün kişilər arasında Azərbaycan Çempionatında II turun oyunları keçirildi.

 

İlk olaraq meydançaya  Lokomotiv – Neftçi komandaları çıxdılar.  İlk hissədə Calalovun yetirmələri 25-20 hesabı ilə rəqibini məğlub etdi. İkinci seti də 25-19 hesabı ilə bitirən  Lokomotiv komandası nəhayət, III setdə də oyunun gedişatında dəyişiklik olmadan  25-14 hesabı ilə görüşü 3-0  qalib başa vurdu.  Beləliklə,  Lokomotiv növbəti qələbəsini qazandı.

 

Günün ikinci oyunu U-19 – MOİK komandaları arasında keçirildi. U-19 – MOİK görüşü ilk oyundan fərqli olaraq daha gərgin keçdi. Hər iki komanda  qələbə qazanmaq üçün sona kimi mübarizə apardılar. Setləri ( 21-25, 25-18, 19-25, 25-23 ) ardıcıllıqla qazanan komandaların taleyi V setə ( 12-15 ) daşındı və sonda sevinən isə 2-3 hesabı ilə MOİK oldu.

 

I TUR

Lokomotiv – MOİK    3-0 ( 25-19, 26-24, 25-23 )

Neftçi – U-19    3-0 ( 25-16, 32-30, 25-18 )

 

II TUR

Lokomotiv – Neftçi    3-0 ( 25-20, 25-19, 25-14 )

U-19 – MOİK     2-3  ( 21-25, 25-18, 19-25, 25-23, 12-15 )

Tarix: 25 Yanvar 2019

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    ABŞERON
    0
  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    2
    LOKOMOTİV
    3

FACEBOOK

KEÇİDLƏR