Azərreyl II turda da qalib gəldi Azerrailvc.az

Azərreyl II turda da qalib gəldi

Bu gün qadın voleybolçular arasında  Azərbaycan Çempionatında I dövrənin II turun oyunları keçirildi.

 

Azərreyl Voleybol Mərkəzində baş  tutan  Super Liqa yarışlarında ilk olaraq meydana  Lokomotiv - Abşeron komandaları çıxdı. Oyuna daha yaxşı başlayan “dəmiryolçular” ilk setdə çətinlik çəkmədən qələbə qazanıblar. “Abşeron” üstünlüyünü sonadək qoruyan “Loko” ya digər hissələrdə də ciddi müqavimət göstərə bilməyib. 0-3 ( 14-25, 15-25, 10-25 )  hesabı ilə qalib gələn Vüqar Əliyevin yetirmələri I dövrədə ilk qalibiyyətlərini aldı.

 

Turun ikinci qarşılaşmasında “Azərreyl” və “AVF” komandaları üz-üzə gəliblər. Görüşün favoriti hesab olunan “Azərreyl” gözləntiləri doğrultdu. Son Azərbaycan Çempionu 3 hissə davam etmiş oyunda federasiya komandasına heç bir şans vermədi. Famil Ağayevin yetirmələri II turda da 0-3 ( 11-25, 8-25, 16-25 ) hesabı ilə qalib gəldi.

I TUR

Azərreyl – Lokomotiv 3-0 (25-17, 25-19. 25-21)

AVF - Abşeron 1-3 (25-19, 14-25, 17-25, 21-25)

 

 

II TUR

Lokomotiv – Abşeron   3-0 ( 25-14, 25-15, 25-10 )

Azərreyl – AVF   3-0  ( 25-11, 25-8, 25-16 )

Tarix: 26 Yanvar 2019

NÖVBƏTİ OYUNLAR

AZERRAIL - ABŞERON
23 Fevral 2019

SON OYUNLAR

  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    ABŞERON
    0

FACEBOOK

KEÇİDLƏR