Voleybolçularımız Gürcüstanda Heydər Əliyevin xatirəsini anıblar Azerrailvc.az

Voleybolçularımız Gürcüstanda Heydər Əliyevin xatirəsini anıblar

Qarşıdan gələn Avropa Liqa oyunlarına, Olimpiya təsnifat oyunlarına və Avropa Çempionatına hazırlıq məqsədilə Gürcüstanda təlim-məşq toplantısı keçən voleybol üzrə qadın və kişilərdən ibarət yığmalarımız Ümummilli liderin xatirəsini anıblar. Komandalarımız Tiflisdə yerləşən Heydər Əliyev adına parkda onun heykəlini ziyarət edərək, önünə əklil və gül dəstələri qoyublar.

Ziyarətdə millimizin üzvləri ilə yanaşı, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, eləcə də səfirlik əməkdaşları, Azərbaycan Voleybol Federasıyasının prezidentinin müşaviri Əbülfəz Hüseynov, komandalarımızının məşqçilər heyəti və digər nümayəndələri iştirak ediblər..

Tarix: 11 May 2019

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    ABŞERON
    0
  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    2
    LOKOMOTİV
    3

FACEBOOK

KEÇİDLƏR