Millimiz Qızıl Avro Liqada rəqibinə tay-brekdə uduzdu Azerrailvc.az

Millimiz Qızıl Avro Liqada rəqibinə tay-brekdə uduzdu

Bugün qadınlardan  ibarət Milli yığmamız Qızıl Avropa Liqasında ilk oyununa çıxıb.  C qrupunda yer alan millimiz Belarusda yerli yığma komandanın qonağı olub.

 

 

İlk setdə aşkar üstün olan meydan sahibləri çətinlik çəkmədən qələbə qazanıblar. Bundan sonra özünə gələn millimiz ümumi hesabı bərabərləşdirə bilib. Üçüncü hissə də belaruslu voleybolçuların üstünlüyü ilə başa çatıb. Yenə özündə güc tapan gənc voleybolçularımız gərgin keçən dördüncü seti aktivlərinə yazdırmaqla oyunun taleyini tay-brekə daşıya biliblər. Həlledici hissə də kifayət qədər gərgin alınıb. 19 xaladək uzanan bu setdə voleybolçularımız təcrübəli oyunçulardan ibarət rəqib komandaya uduzublar.

 

 

Beləliklə, millimiz təcrübəli italiyalı mütəxəssis Covanni Kapraranın baş məşqçiliyi ilə ilk qarşılaşmasında gözəl mübarizə apararaq son anda məğlub olub.

 

 

Qeyd edək ki, millimiz qrupdakı növbəti oyununu mayın 29-da Bakıda İspaniya komandasına qarşı keçirəcək.

 

Qızıl Avropa Liqası

 

C qrupu

 

I Tur

 

Belarus - Azərbaycan 3-2 (25-13, 21-25, 25-10, 26-28, 19-17)

Tarix: 26 May 2019

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    ABŞERON
    0
  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    2
    LOKOMOTİV
    3

FACEBOOK

KEÇİDLƏR