POLİNA RƏHİMOVA "17" - MÜSAHİBƏ Azerrailvc.az

POLİNA RƏHİMOVA "17" - MÜSAHİBƏ

POLİNA RƏHİMOVA "17" - Bir neçə günlük Bakıda oldum. Bu müddət ərzində Milli komandamızın həkimləri və Azərbaycan Voleybol Federasiyasının vitse prezidenti Faiq Qarayevlə görüşdüm. Görüşümüz zamanı klublardakı çıxışımdan və qarşıda Milli komandamızı gözləyən yarışlardan danışdıq. Bu il yığmamızı çox güclü yarışlar gözləyir.Qızıl Avropa Liqası, Olimpiya təsnifat oyunları və Avropa Çempionatı.
 

 

Bildiyiniz kimi böyük idman zədəsiz olmur. Təəssüflər olsun ki, məndə bu zədələr üzündən müalicə olunmalıyam. Mənim kimi Milli komandamızın bir neçə oyunçusuda zədələri üzündən komandamıza Qızıl Avropa Liqasında kömək edə bilməyəcəklər. Bu səbəbdən Qızıl Avropa Liqasında mübarizə aparacaq oyunçuların əksəriyyəti gənclər olacaq. 
 

 

Mənim fikrimcə, Olimpiya təsnifat oyunlarında və Avropa Çempionatında bizim böyük şansımız var ki, yaxşı oyun nümayiş etdirək. Çünki, bu il oyunçularımızın əksəryyəti xarici çempionatlarda uğurlu çıxış etdilər və yaxşı oyun təcrübəsi qazandılar. Bu təcrübələrin bizim komandamıza yaxşı nəticələr əldə etmək üçün kömək edəcəyini düşünürəm. Ən önəmlisi biz hər birimiz buna inanmalıyıq. 
Son sözüm bizi sevən voleybol azerkeşlərinədir: Demək istəyirəm ki, sizin dəstəyiniz bizlər üçün çox vacibdir və bizdə sizləri sevindirmək üçün əlimizdən gələni edəcəyik.

Tarix: 27 May 2019

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    ABŞERON
    0
  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    2
    LOKOMOTİV
    3

FACEBOOK

KEÇİDLƏR