Covanni Kaprara və Marharyta Əzizova – MÜSAHİBƏ Azerrailvc.az

Covanni Kaprara və Marharyta Əzizova – MÜSAHİBƏ

Qızıl Avropa Liqasında mübarizə aparan voleybol üzrə qadınlardan ibarət Milli yığma komandamız 29 may 18:00-da İspaniya yığması ilə qarşılaşacaq. Bakıda Azərreyl Voleybol Mərkəzində baş tutacaq oyun haqqında yığmamızın Baş məşqçisi Covanni Kaprara öz fikirlərini bildirib: Avropa Liqasında  ilk oyunumuz Belarusla oldu. Bu həm də mənim  Azərbaycan Milli komandasında ilk oyunum idi. Qızlar yaxşı oynadılar. Düzdür ilk hissədə çox səhvlər etdilər amma ümumilikdə qızların oyunundan razı qaldım. Belarusla oyunda edilən səhvləri növbəti oyunlarda təkrarlamamaq lazımdır. Qrupda növbəti oyunumuz İspanlarla olacaq. Bu oyun üçün heyətimizdə Anastasiya Qurbanovanıda görəcəksiniz . Oyun əsasında onada şans veriləcək. Rəqibimiz olan İspaniya komandasının  oyununu haqqında çox məlumatım yoxdur.  Ən önəmlisi biz öz oyunumuzu yaxşı oynamalıyıq.  Top qəbulunda və müdafiədən sonra yaxşı və səhvsiz oynamalıyıq.  O zaman qələbə qazanmaq daha rahat olacaq.

 

 

Marharyta Əzizova: ilk oyuna fiziki və psixoloji olaraq hazır idik. Sona kimi mübarizə aparmaq və qalib gəlmək üçün əlimizdən gələni etdik. Düzdür ilk hissədə öz səhvlərimiz çox oldu və buna görə məğlub olduq. Sonrakı hissələrdə isə toparlandıq və gözəl komanda oyunu nümayiş etdirdik. Mənim fikrimcə sonda oyunçularımızın təcrübəsizliyi nəticəsində məğlub olduq.  Növbəti oyunumuz İspaniya millisi ilə sabah olacaq. Doğma vətənimizdə rəqibimizi qarşılayacağıq. Oyun üçün son məşqlərimizi keçiririk. Qələbə üçün meydançaya çıxacağıq. Bütün komanda yoldaşlarıma uğurlar arzu edirəm. 

Qeyd edək ki, Qızıl Avropa Liqasında komandamız Belarus, İspaniya, Finlandiya komandaları ilə birlikdə  “C” qrupunda mübarizə aparır.

Milli komandamız İspaniya ilə görüşdə aşağıdakı heyətlə mübarizə aparacaq.

 

 

1. Covanni Kaprara – Baş məqçi

2. Marcello Cervellin - II məşqçi

3. Famil Agayev – məşqçi

4. Oksana Kurt – menecer

 

Oyunçular

 

 

1. Leyla Parşkova

2. Yana Əzimova

3. Nelli Salbişvili

4. Ayşən Abdüləzimova

5. Anastasiya Bezsonova

6. Leysan Lyovkina

7. Səmra Qafarova

8. Anastasiya Qurbanova

9. Yuliya Kərimova

10. Bəyaz Əliyeva

11. Marharyta Əzizova

12. Kseniya Pavlenko

13. Maryia Kiryliuk

14. Larisa Smeltsova

Tarix: 29 May 2019

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    ABŞERON
    0
  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    2
    LOKOMOTİV
    3

FACEBOOK

KEÇİDLƏR