Millimiz Qızıl Avro Liqada evində məğlub oldu Azerrailvc.az

Millimiz Qızıl Avro Liqada evində məğlub oldu

Qızıl Avropa Liqasında mübarizə aparan voleybol üzrə qadınlardan ibarət Milli komandamız bu gün (29 may) Azərreyl Voleybol Mərkəzində İspaniya millisi ilə qarşılaşdı. İlk hissədə hücumda yaxşı oyun göstərən qonaqlar üstünlüyü ələ aldılar 08-05, 22-16 və bu üstünlük İspaniya komandasını ilk hissənin qalibi etdi 25-21. İspanlar ikinci hissəyə də üstün başladı. Setin sonlarında Azərbaycan komandası  hesabı bərabərləşdirdi 20-20, 21-21buna baxmayaraq  setin sonunda ən vacib xalları qazanan İspanlar 26-24 hesabı ilə qalib gəldilər. Görüşün III hissəsi də  İspaniya komandasının xeyrinə sona çatdı 25-14.

 

Covanni Kaprara: İspaniya komandası sürətli voleybol oynayan bir komandadır və biz bu gün bir daha buna şahid olduq. Rəqibimiz eyni zamanda bütün zonalarda da yaxşı oyun göstərdi. Buna baxmayaraq mən komandamın oyunundan razı qaldım. Biz bugünkü oyundan nəticə çıxararaq növbəti oyuna daha ciddi hazırlaşmalıyıq. Bildiyiniz kimi növbəti rəqib Finladiya yığmasıdır. Onlar da sürətli voleybol oynayan komandadır .

 

Yana Əzimova: Rəqibimizi qələbə münasibəti ilə təbrik edirəm. İlk oyunla müqayisədə komanda oyunu göstərə bilmədik və daha çox səhvlər etdik ki, bu da rəqibin asan qələbə qazanmasına səbəb oldu. Məşqçimizin rəhbərliyi altında daha çox çalışıb bu gün etdiyimiz səhvləri növbəti oyunlarda təkrarlamamağa səy götərəcəyik.

 

Gonzales Helia ( İspanya, oyunçu ): Azərbaycan Millisi servisdə və blokda yaxşı oynadı. Sadəcə olaraq oyunçuların təcrübəsizliyi onların qələbəsinə mane oldu. Azərbaycan komandasının çox güclü Baş məşqçisi var və mən inanıram ki, bu komanda növbəti görüşlərdə daha yaxşı oynayacaq.

Tarix: 29 May 2019

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    ABŞERON
    0
  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    2
    LOKOMOTİV
    3

FACEBOOK

KEÇİDLƏR