AZƏRREYL VOLEYBOL KLUBUNA YENİ TƏYİNAT Azerrailvc.az

AZƏRREYL VOLEYBOL KLUBUNA YENİ TƏYİNAT

Azərreyl Voleybol Klubunun prezidenti Elşən Əfəndiyev vəzifəsindən azad edilmişdir.

 

Artıq Azərreyl Voleybol Klubunun yeni prezidenti Fərid Nadir oğlu Xəlilovdur.

 

24 may 1983-cü ildə Bakı şəhərində anadan olan Fərid Xəlilov, 2000-2004 –cü illərdə bakalavr, 2005-2007-ci illərdə isə magistratura üzrə  təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində almışdır.

 

2015-ci ildə ölkəmizdə keçirilən Avropa Oyunlarında Maliyyə Departamentinin rəhbəri vəzifəsində çalışmışdır.

 

Daha sonra isə Formula 1 qran-prisində Kommersiya Departamentinin, Unibankda Maliyyə Planlaşdırma Departamentinin və PDM Group Holdinqdə İnkişaf üzrə rəhbər vəzifələrində çalışmışdır.

 

2019-cu il may ayından Azərreyl Voleybol Klubunun Prezidenti vəzifəsini icra etməkdədir.

 

Bütün voleybol sevərlər adından Fərid Xəlilovu təbrik edir və işlərində uğurlar arzulayırıq.

Tarix: 31 May 2019

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    ABŞERON
    0
  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    2
    LOKOMOTİV
    3

FACEBOOK

KEÇİDLƏR