Azərbaycan – Finlandiya qarşılaşmasına son hazırlıqlar Azerrailvc.az

Azərbaycan – Finlandiya qarşılaşmasına son hazırlıqlar

2 iyun tarixində paytaxtımızda Qızıl Avropa Liqasının III turun oyunları baş tutacaq. C qrupunda mübarizəsini davam etdirən qadınlardan ibarət Milli komandamız bu dəfə Finlandiya yığması ilə qarşılaşacaq. Azərreyl Voleybol Mərkəzində keçiriləcək Azərbaycan – Finlandiya görüşü haqqında Milli komandamızın oyunçusu və Baş məşqçimiz öz fikirlərini bildirdi.

 

 

Anastasia Qurbanova: Zədələrimin olması mənim vaxtında Milli komanda ilə məşqlərə qoşulmama mane oldu. Məşqlərə başladığım gündən çalışıram ki, oyunlarda yaxşı formada çıxış edə bilim.Belarusla oyundan sonra məndə Milli komanda ilə birlikdə məşqlərə başladım. İspanlarla oyunda mən də əsas heyətdə çıxış etdim. Düzdür İspanlarla gözlədiyimiz kimi oyun alınmadı. Biz istədiyimiz oyunu göstərə bilmədik. Qızıl Avropa Liqasında  oyunlarımız davam edir. Növbəti oyunumuz Finalandiya komandası ilə olacaq. Çalışacağıq ki, bu görüşdə daha yaxşı oynayaq. Yeni Baş məşqçimizlə məşqlərə davam edirik, hər bir məşqdə texniki və taktiki yeniliklər öyrənirik. Ən əsası bütün komanda şəklində hər birimiz yaxşı məşq edir və çalışırıq ki, məşqçimizin bütün tapşırıqlarını düzgün yerinə yetirək.

 

 

Covanni Kaprara: Finlandiya komandası ilə oyunumuz da çətin olacaq. Çünki İspaniya kimi Finlandiya yığması da sürətli voleybol oynayır. Buna baxmayaraq biz məşqlərimizi davam etdiririk, qızlar məşq prosesində tapşırıqlarımı daha yaxşı yerinə yetirmə çalışırlar. Milli komandamızın oyunçusu Odina Əliyeva da bir neçə gündür ki, məşqlərə start verib. Düzdür Finaldiya ilə oyunda onu meydançada görə bilməyəcəksiniz amma qarşıdakı oyunlarda Odina da bizimlə birgə mübarizəyə qoşulacaq.  Komandamın çıxışından razıyam. İnanıram ki, növbəti oyunlarda daha yaxşı oyun göstərəcəyik.

Tarix: 1 İyun 2019

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    ABŞERON
    0
  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    2
    LOKOMOTİV
    3

FACEBOOK

KEÇİDLƏR