Millimiz doğma meydanda yenidən məğlub oldu Azerrailvc.az

Millimiz doğma meydanda yenidən məğlub oldu

Bu gün Azərreyl Voleybol Mərkəzində Qızıl Avropa Liqasının III turun oyunu keçirildi. C qrupunda mübarizəsini davam etdirən voleybol üzrə qadınlardan ibarət Milli komandamız Finalandiya yığması ilə qarşılaşdı. İlk hissənin ortalarına kimi bərabərliklə (07-07, 11-11) keçən setdə sonda 25-17 hesabı ilə Finalandiya komandası qalib gəldi.  Görüşün II hissəsində də üstünlük qonaqlarda oldu  09-00, 13-03, 17-06. Son setdə isə 25-16 hesabı ilə Finlandiya yığması qalib gəldi. III hissədə Milli komandamız oyunun gedişində dönüş edə bildi və 25-19 hesabı ilə qalib gəldi. Buna baxmayaraq IV hissə görüşün sonuncu seti oldu. Bu hissədə qonaqlar 25-22 hesabı ilə qalib gəldilər.

 

Azərbaycan – Finladiya 1-3 (17-25, 16-25, 25-19, 22-25)

 

Tapio Kangasniemi ( Finlandiya komandasının Baş məşqçisi) : İlk iki hissədə yaxşı oynadıq, əsasda müdafidə və hücumda. Sonra Azərbaycan Milli komandası toparlandı və bizə müqavimət göstərməyə başladı. III hissəni biz məğlub olduq. Hər şeyə rəğmən biz sona kimi mübarizə apardıq  və nəticədə qalib gəlməyi bacardıq. Azərbaycan bizdən fərqli bir voleybol oynayır.

 

Laura Pihlajamaki  ( Finlandiya komandasının Kapitanı ) :    İlk iki setdə biz çox yaxşı oynadıq. III hissədə arxayınlaşdıq  və buna görə məğlub olduq amma sonda qalib gəldik. Komanda yoldaşlarımı təbrik edirəm.

 

Ciovanni Kaprara ( Azərbaycan Milli komandasının Baş məşqçisi ): Hər şeydən əvvəl deyə bilərəm ki, ilk iki hissədə çox pis oynadıq. Əsasəndə  top qəbulunda və hücumda. Hücumda düzgün mövqeləri seçə bilmədik. Amma sonra toparlandıq və yaxşı oynamağa başladıq. IV setdə isə çox bağışlanmaz səhvlər etdik. Rəqiblə oynamaq çətin idi. Çünki onlar fərqli və sürətli voleybol oynayırlar. Biz iki həftədir toplanmışıq, birgə məşqlər üçün çox vaxtımız olmadı. İnanıram ki, addım-addım daha yaxşı oynayacağıq. Oyunçularımdan razıyam ki, hər top uğrunda mübarizə aparmağa çalışırdılar.Ümid edirəm ki, yaxşı olacaq.

 

Ayşən Abdüləzimova  ( Azərbaycan Milli komandasının kapitanı ): Oyuna pis başladıq amma III hissədə toparlanıb qalib gəldik. Düşünürəm ki, İspanlarla oyundan  indi daha yaxşı oynadıq. Oyunumuz haqqında deyə bilərəm ki, özümüz çox səhvlərə yol verdik. Rəqibimiz sürətli hücum edirdi buna görədə blokda istədiyimiz  kimi oynaya bilmədik. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı oyun göstərəcəyik.

 

 

Tarix: 2 İyun 2019

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    ABŞERON
    0
  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    2
    LOKOMOTİV
    3

FACEBOOK

KEÇİDLƏR