Millimiz son ev oyununda məğlub oldu Azerrailvc.az

Millimiz son ev oyununda məğlub oldu

Qızıl Avropa Liqasında C qrupunda mübarizə aparan voleybol üzrə qadınlardan ibarət Milli komandamız növbəti oyununu Bakıda Belarus yığmasına qarşı keçirdi. İlk hissə bərabərliklə keçdi 11-11, 14-14,  hər iki komanda sona kimi mübarizə apardı. Setin sonlarına yaxın Belarus Millisi hesabda önə keçdi və hissənin qalibi oldu 23-20, 25-21. İkinci hissə qonaqların üstünlüyü ilə başladı və setin qalibi də onlar oldular 25-19. III setdə Azərbaycan Millisi daha inamlı oyun göstərdi. Setin sonlarında gərginlik daha da artdı 24-24, 26-26. III hissədə sevinən tərəf Azərbaycan Millisi oldu 28-26. IV hissəyə Belaruslar üstün başladılar. Buna baxmayaraq Azərbaycan Millisi sona kimi mübarizə apardı. Setin sonlarında gərginlik daha da artdı. 24-24, 30-30. 32-32, 33-33. Gərgin və maraqlı keçən hissənin qalibi Belaruslar oldu 34-36. Beləliklə Belarus Millis 3-1 hesabı ilə görüşü qalib başa vurdu. 

 

Tatsiana Markevihc (Belarus) : Qələbə qazandığımız üçün çox sevinirik. Çətin oyun oldu. Düşünürəm ki, III hissədə diqqətsizliyimiz üzündən oyunumuzda dəyişiklik və durğunluq yarandı. Azərbaycan Millisini təbrik edirəm çox gözəl mübarizə apardılar. Biz ilk iki hissədən sonra rahat qələbə qazanacağımızı düşündük. Amma IV hissə əvvəl ki, setlərdən daha çətin oldu.

 

 Piotr Khilko (Belarus Millisinin Baş məşqçisi) : Bu bizim Qızıl Avropa Liqasında IV oyunumuz idi. Artıq rəqiblərimizi tanıyırıq və onların oyun taktikalarını bilirik. III hissədə arxayınlaşma seti məğlub bitirməyimizə səbəb oldu. IV hissə haqqında deyə bilərəm ki, maraqlı set oldu, azarkeşlər üçündə gərgin anlar yaşatdıq. Sevindirici hal isə bizim qələbə qazanmağımızdır. Bu komanda  Azərbaycan Millisinin ikinci heyəti idi. Düşünürəm ki, Olimpiya təsnifat oyunlarında və Avrpa Çempionatında Azərbaycan əsas heyətlə çıxış edəcək. Onu deyə bilərəm ki, bu gün bizim şansımız gətirdi ki, bu əsas heyət deyil idi.)

 

Ciovanni Kaprara  (Azərbaycan Milli komandasının Baş məşqçisi) :Top qəbulunda çox səhv etdik. IV hissəni məğlub olduğumuza görə çox  pis oldum. IV setin sonlarında da eyni səhvləri təkrarladıq. Hücumda yüksək toplar oynadığımız zaman problem yaşadıq. Oyun qurucumuzun oyunundan  razıyam ən əsas komandamızda top qəbulunda səhvlər olur. 

 

Qeyd edək ki, komandamız Qızıl Avropa Liqasında  C qrupunda İspaniya, Finlandiya və Belarus yığmaları ilə birgə mübarizə aparır. Komandamızın növbəti oyunu 12 iyun tarixində  səfərdə İspaniya Millisinə qarşı olacaq.

 

 

Tarix: 8 İyun 2019

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    ABŞERON
    0
  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    2
    LOKOMOTİV
    3

FACEBOOK

KEÇİDLƏR