Millimiz IV turda da Rumıniyaya məğlub oldu Azerrailvc.az

Millimiz IV turda da Rumıniyaya məğlub oldu

Gümüş  Avropa Liqasında mübarizəsini davam etdirən kişilərdən ibarət milli yığmamız bugün səfərdə Rumıniya millisi ilə qarşılaşıb.

 

C qrupunda yarışan komandamız IV turda da məğlubiyyətlə qarşılaşıb.

 

4 hissə davam edən görüşdə, setlərdə ( 20-25, 25-23, 21-25, 25-27 ) çox az fərqlə geridə qalan Fərid Cəlalovun yetirmələri bu oyunda sadəcə 1 set götürə bilib.

 

Xatırladaq ki, ilk turda qarşılaşan Azərbaycan – Rumıniya komandalarının Bakıda baş tutan oyununda da millimiz rəqibinə 1-3 ( 25 -23, 21-25, 18-25, 22-25 ) hesabı ilə məğlub olmuşdu.

 

Qeyd edək ki, millimiz Gümüş Avro Liqada növbəti oyununu 12 iyun tarixində doğma meydançada Gürcüstan yığmasına qarşı keçirəcək.

 

TURNİR CƏDVƏLİ :  Rumıniya 12 xal ( 12-2 ), Danimarka 9 xal ( 9-3 ), Azərbaycan 3 xal ( 5-10 ), Gürcüstan 0 xal ( 1-12 )

Tarix: 9 İyun 2019

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    ABŞERON
    0
  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    2
    LOKOMOTİV
    3

FACEBOOK

KEÇİDLƏR