Azərbaycan Gümüş Liqada II qalibiyyətini qazandı Azerrailvc.az

Azərbaycan Gümüş Liqada II qalibiyyətini qazandı

Voleybol üzrə kişilərdən ibarət Milli yığma komandamız Gümüş Avropa Liqasında V turun oyununu bu gün Gürcüstan komandasına qarşı keçirdi. Azərreyl Voleybol Mərkəzində baş tutan yarışda ilk hissəyə üstün başlayan komandamız 06-02, 17-09, 25-17 hesabı ilə setin qalib oldu.

İkinci hissə də komandamızın gözəl hücumları, servisləri ilə yadda qaldı və seti millimiz 25-08 hesabı ilə qalib başa vurdu.  III set görüşün son seti oldu və Azərbaycan 25-22 hesabı ilə qalib gəldi.

 

Azərbaycan – Gürcüstan 3-0 (25-17, 25-08, 25-22)

 

Fərid Calalov ( Baş məşqçi ) : Gümüş Avropa Liqasında yalnız Gürcüstan millisinə qalib gəldik. Gürcüstan komandası gənc komandadır. Biz onlarla müqayisədə daha təcrübəliyik. Danimarka və Rumıniya yığmaları da qalib gələ biləcəyimiz rəqiblər idi. Rumıniyadakı oyunda qələbəyə çox yaxın idik, IV hissəni qalib gələ bilərdik. Qələbə qazansaydıq bu komandamız üçün böyük ruh yüksəkliyi olardı. Doğrudur,  bu gün qalib gəldik  amma məğlubiyyətlərimizin səbəblərini  bir daha qeyd etmək istəyərdim,  bir oyun qurucu ilə oynamaq çətindir. Növbəti rəqibimiz Danimarka millisidir. İnanıram ki, öz meydançamızda  səfərdəki oyunumuzdan  daha yaxşı oynayacağıq.

 

Tural Həsənli  (02–oyunçu AZE ) : Gürcüstan cavan oyunçuları olan bir komandadır. Gürcüstan  millisinə qarşı hər iki oyunda qalib gəldik. Doğrusu bütün oyunlarda qalib gəlmək və finala vəsiqə qazanmaq istəyirdik. Gördüyünüz kimi bu il bunu edə bilmədik. Aleksey Çervyakov zədəli olduğu üçün bu oyunlarda komandamıza kömək edə bilmədi, məndə əlimdən gəldiyi qədər yaxşı oynamağa çalışdım və yenə də çalışacağam.  Son oyunlarımız çətin oldu. Rumıniya komandasına səfərdə məğlub olsaqda, rəqib meydançasında rəqibimizdən 1 set ala bildik. Danimarka yığmasınada 3-0 hesabı ilə məğlub olduq, amma cavab oyununda Bakıda çalışacağıq ki, qalib gələk.

 

Sulkhani Akhvlediani  ( Baş məşqçi – GEO ) : Azərbaycan Millisini təbrik edirəm. Bizim komandamız gənc komandadır. Gümüş Avropa Liqasında iştirakımız komandamızın oyunçuları üçün böyük  təcrübə oldu. İnanıram ki, yaxın gələcəkdə daha yaxşı oyun göstərəcəyik.

 

TURNİR CƏDVƏLİ :  Rumıniya 12 xal ( 12-2 ), Danimarka 9 xal ( 9-3 ), Azərbaycan 6 xal ( 8-10 ), Gürcüstan 0 xal ( 1-15 )

 

 

Tarix: 12 İyun 2019

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    ABŞERON
    0
  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    2
    LOKOMOTİV
    3

FACEBOOK

KEÇİDLƏR