Ciovanni Kaprara : “Top qəbulu yaxşı olsa da, hücum oyunçuları üzərində işləmək lazımdır “ Azerrailvc.az

Ciovanni Kaprara : “Top qəbulu yaxşı olsa da, hücum oyunçuları üzərində işləmək lazımdır “

Qızıl Avropa Liqasında C qrupunda mübarizəsini davam etdirən qadınlardan ibarət millimiz bugün İspaniyada cavab oyununu keçirib.

 

İspaniya Valladolid şəhərində baş tutan V turun oyununda komandamız yenidən məğlubiyyətlə qarşılaşıb.

 

Setlərdə çox da geridə olmayan yığmamız, bu dəfə də səfərdən 0-3 ( 12-25, 24-26, 22-15 ) hesabı ilə  məğlub qayıtdı.

 

Qeyd edək ki, Azərbaycan İspaniya ilk oyununda da millimiz rəqibinə doğma meydanda 0-3 ( 21-25, 24-26, 14-25 ) hesabı ilə məğlub olmuşdu.

 

Ciovanni Kaprara: Oyuna pis başladıq. İlk hissə ilə müqayisədə sonrakı setlərdə müəyyən qədər yaxşı oyun göstərə bildik. Top qəbulunda yaxşı oynasaq da, hücumda oyunçularımız öz oyunlarını oynamadılar. Növbəti görüşlərdə yaxşı oynamaq üçün hücumçularımız üzərində daha çox çalışmalıyıq.

 

Turnir Cədvəli : Belarus 14 xal ( 15-4 ), İspaniya 12 xal ( 13-5 ), Finlandiya 3 ( 5-13 ), Azərbaycan 1 ( 4-15 )

Tarix: 13 İyun 2019

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    ABŞERON
    0
  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    2
    LOKOMOTİV
    3

FACEBOOK

KEÇİDLƏR