Azərbaycan Gümüş Avro Liqada son oyununda məğlub oldu Azerrailvc.az

Azərbaycan Gümüş Avro Liqada son oyununda məğlub oldu

Bu gün Gümüş Avropa Liqasında  B qrupunda  mübarizə aparan kişilərdən ibarət milli komandamız qrup mərhələsində VI turun oyununu  keçirib. Azərreyl Voleybol Mərkəzində Danimarka millisinə qarşı baş tutan yarış komandamızın Gümüş Avro Liqada son oyunu idi.

 

İlk hissədə blokda gözəl oyun sərgiləyən qonaqlar seti 25-17 hesabı ilə qalib başa vurdular. II hissə də danimarkalıların xeyrinə bitdi 25-20. III set görüşün sonuncu hissəsi oldu. Danimarka 25-18 hesabı ilə seti, ümumilikdə isə görüşü 3-0 hesabı ilə qalib gəldi.

 

Cavid Süleymanov : Gümüş Avropa Liqasında mübarizəni dayandırdıq. Danimarka yaxşı komandadır, bu gün də az səhv edərək yaxşı oyun oynadılar. Biz bu gün servisdə çox səhvlər etdik, ola bilsin ki, psixoloji rəqib bizdən daha üstün  idi. Bu il Gümüş Avropa Liqası bizim üçün bitdi. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı oynayacağıq.

 

Azərbaycan – Danimarka 0 – 3 ( 17-25,  20-25, 18-25 )

 

Kristian Flojstrup Knudsen ( Baş məşqçi DEN. ) : Biz yaxşı oynadıq,  Azərbaycan komandası oyun zamanı çox səhv etdi.  Əsas da servisdə çox xal verdilər ki, bu da bizə qələbə qazanmaq üçün  kömək etdi. Komandamı bu günkü qələbə və gözəl oyun münasibəti ilə təbrik edirəm.

 

TURNİR CƏDVƏLİ : Rumıniya 18 xal ( 18-2 ), Danimarka 12 xal ( 12-6 ), Azərbaycan 6 xal ( 8-13 ), Gürcüstan 0 xal ( 1-18 )

 

QEYD: Gümüş Avropa Liqası - Reqlamentə əsasən yalnız  iki qrupun birinciləri  finala yüksələcəklər.

Tarix: 15 İyun 2019

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    3
    ABŞERON
    0
  • AZERRAIL
    3
    AVF
    0
  • AZERRAIL
    2
    LOKOMOTİV
    3

FACEBOOK

KEÇİDLƏR