İDARƏ HEYƏTİ Azerrailvc.az

İDARƏ HEYƏTİ

BAŞ  MENECER

ÜLVİ QURBANOV

23 dekabr 1976-cı ildə Naxçıvan MR-da anadan olan Ülvi Qurbanov Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Sosial İdarəetmə və Sosiologiya ixtisasını bitirdikdən sonra Dövlət qulluğunda müxtəlif vəzifələrdə çalışmışdır. 2013-cü ildən isə Azərreyl Voleybol Klubunda  Baş Menecer vəzifəsində çalışır.

 

 

MƏTBUAT KATİBİ

CƏFƏROVA TƏRANƏ

3 avqust 1994-cü ildə Bakı şəhərində anadan olub. 2012-2016-cı illərdə Azərbaycan Dillər Universitetində “Jurnalistika” ixtisası üzrə təhsil alan Təranə Cəfərova 2017-ci ildən Azərreyl Voleybol Klubunda Mətbuat Katibi vəzifəsində çalışır.

 

 

BAŞ MÜHASİB

SƏBİNƏ QURBANOVA

15 yanvar 1987-ci ildə Bakı şəhərində anadan olan Səbinə Qurbanova 2004-2008-ci illərdə Azərbaycan Beynəlxalq Universiteti bitirmişdir. 2008-2011-ci illərdə “Azərinşaat” MMC-də ümumi şöbədə, 2011-2015-ci illərdə isə “Yol Xətt” MMC-də mühasib vəzifələrində çalışmışdır. 2015-ci ildən Azərreyl Voleybol Klubunda Baş Mühasib vəzifəsində çalışır.

 

 

KADRLAR ŞÖBƏSİNİN RƏHBƏRİ

NAHİD HƏSƏNOV

4 noyabr 1975-ci ildə Ağdərə rayonunda anadan olub. Bakalavr təhsilini 1993-1997-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında məşqçi-müəllim ixtisası üzrə alan Nahid Həsənov, magistratura təhsilinidə həmin Akademiyada almışdır. 2001-ci ildən Azərreyl Volebol Klubunun Kadrlar Şöbəsinin Rəhbəri vəzifəsində çalışır.

 

 

BEYNƏLXALQ ƏLAQƏLƏR ÜZRƏ MENECER

 

TEYMUR BEYBUTOV

27 noyabr 1980-ci ildə Bakı şəhərində anadan olan Teymur Beybutov basketbol üzrə 5 qat Azərbaycan Çempionudur. Bakalavr təhsilini Qərb Universitetinin “Otel Biznesi və Turizm”, magistratura təhsilini isə Qərb Universitetinin “Beynəlxalq İqtisadi Əlaqələr” ixtisasları üzrə almışdır. 2012-ci ildən Azərreyl Voleybol Klubunda Beynəlxalq Əlaqələr üzrə Menecer vəzifəsində çalışır.

 

 

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    0
    HERMES
    3
  • AZERRAIL
    0
    HERMES
    3
  • AZERRAIL
    1
    ABŞERON
    3

FACEBOOK

KEÇİDLƏR