TEXNİKİ HEYƏT Azerrailvc.az

TEXNİKİ HEYƏT

BAŞ MƏŞQÇİ

FAMİL AĞAYEV

10 fevral 1986-cı ildə Cəlilabad rayonunda anadan olan Famil Ağayev voleybolçu karyerasına gənclərdən ibarət Milli yığmada başlayıb. Daha sonra isə “Metro”, “Azərneft” , “Neftçi” Voleybol Klublarında və kişilərdən ibarət Milli yığmada oynayıb. Məşqçi karyerasına isə 2009-cu ildə “Azərreyl” Voleybol Klubunda köməkçi məşqçi kimi başlamış, 2015-ci ildən isə “Azərreyl” in Baş Məşqçisidir. Həmçinin qadınlardan ibarət Milli yığmamızda ikinci məqçi kimi fəaliyyət göstərir. 2004-2008-ci illərdə Azrbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyasını bitirmişdir.

 

 

MƏŞQÇİ

EMİN ƏBİLOV

17 oktyabr 1988-ci ildə Naxçıvan MR-da anadan olan Emin Əbilov voleybol karyerası boyunca “Metro”, “Neftçi”, “MOİK” voleybol klublarında, daha sonra isə Naxçıvan MR-nın və Azərbaycanın kişilərdən ibarət Milli yığmasında oynayıb. 2012-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 2012-ci ildən Azərreyldə məşqçi vəzifəsində çalışan Emin, eyni zamanda qadınlardan ibarət Millimizində məşqçisidir.

 

 

KOMANDANIN MENECERİ

ZAUR NAMAZOV

23 aprel 1978-ci ildə Bakı şəhərində anadan olan Zaur Namazov, 1995-1999-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını məşqçi-müəllim ixtisası üzrə bitirmişdir. 2001-ci ildən Azərreyl Voleybol Klubunda Komandanın Meneceri vəzifəsində çalışır.

 

 

STATİST

RUSLAN MOTORİN

11 avqust 1982-ci ildə Bakı şəhərində anadan olan Ruslan Motorin 1999-2003-cu illərdə Xəzər Universitetini Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr ixtisası üzrə bitirib. “Ordu” və “Azərneft” voleybol klublarında, daha sonra isə kişilərdən ibarət Milli yığmada oynayan Ruslan 2011-ci ildən Azərreyl Voleybol Klubunda Statist vəzifəsində çalışır.

 

 

HƏKİM

AYNURƏ QAFAROVA

1996-2003-cü illərdə Azərbaycan Tibb Universitetini bitirən Aynura Qafarova magistratura təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İdman Fiziologiyası ixtisası üzrə alıb. 2009-cu ildən Azərreyl Voleybol Klubunda həkim vəzifəsində çalışır. Qafarova həmçinin qadınlardan ibarət Millimizin də həkimidir.

 

 

MASAJÇI

NATALYA LİTOVÇENKO

21 fevral 1976-cı ildə Bakıda anadan olan Natalya Litovçenko 1993-1997-ci illərdə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını məşqçi-müəllim ixtisası üzrə bitirib. 2012-ci ildən Azərreyl Voleybol Klubunda komandanın masajçısı olaraq çalışır.

 

 

FİZİOTERAPEVT

DİNARA ƏJDƏROVA

29 iyul 1963-cü ildə Bakı şəhərində anadan olan Dinara Əjdərova, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası məzunudur. Müəyyən vaxtlarda 9 nömrəli uşaq poliklinikasında və 20 nömrəli poliklinikada fizioterapevt kimi çalışan Dinara xanım, daha sonra “Vakıfbank”, “Beşiktaş” Voleybol klublarında, həmçinin Türkiyənin qadınlardan ibarət Milli yığmasında fizioterapevt kimi çalışıb. Qadınlardan ibarət Millimizin və həmçinin 2001-ci ildən Azərreyl Voleybol Klubunun fizioterapevti vəzifəsində çalışır.

 

 

MƏŞQÇİ

SİNİŞA POPEK

18 iyun 1975-ci ildə Xorvatiyada anadan olan Sinişa, Ali təhsilinidə elə burada almışdır. 2014-cü ildən Azərreyl Voleybol Klubunda Məşqçi vəzifəsində çalışır

NÖVBƏTİ OYUNLAR

SON OYUNLAR

  • AZERRAIL
    1
    ABŞERON
    3
  • AZERRAIL
    3
    LOKOMOTİV
    0
  • AZERRAIL
    3
    AVF
    0

FACEBOOK

KEÇİDLƏR