İdarə heyəti

ÇİNARƏ AĞAYEVA - DİREKTOR
24 dekabr 1990-cı ildə Şuşa şəhərində anadan olan Çinarə Ağayeva Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini İngilis dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. 2013-cü ildən Azərreyl Voleybol Klubunda çalışır.
NAHİD HƏSƏNOV - KADRLAR ŞÖBƏSİNİN RƏHBƏRİ
4 noyabr 1975-ci ildə Ağdərə rayonunda anadan olub. Bakalavr təhsilini 1993-1997-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında məşqçi-müəllim ixtisası üzrə alan Nahid Həsənov, magistratura təhsilinidə həmin Akademiyada almışdır. 2001-ci ildən Azərreyl Volebol Klubunun Kadrlar Şöbəsinin Rəhbəri vəzifəsində çalışır.
SƏBİNƏ QURBANOVA - BAŞ MÜHASİB
15 yanvar 1987-ci ildə Bakı şəhərində anadan olan Səbinə Qurbanova 2004-2008-ci illərdə Azərbaycan Beynəlxalq Universiteti bitirmişdir. 2008-2011-ci illərdə “Azərinşaat” MMC-də ümumi şöbədə, 2011-2015-ci illərdə isə “Yol Xətt” MMC-də mühasib vəzifələrində çalışmışdır. 2015-ci ildən Azərreyl Voleybol Klubunda Baş Mühasib vəzifəsində çalışır.
TƏRANƏ CƏFƏROVA - MƏTBUAT KATİBİ
3 avqust 1994-cü ildə Bakı şəhərində anadan olub. 2012-2016-cı illərdə Azərbaycan Dillər Universitetində “Jurnalistika” ixtisası üzrə təhsil alan Təranə Cəfərova 2017-ci ildən Azərreyl Voleybol Klubunda Mətbuat Katibi vəzifəsində çalışır.