Azerrail VC

Xəbərlər

Haqqımızda

“Azerreyl” Avrokuboka uğurlu başladı

Qadın  voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün avrokuboklarda mübarizəyə başlayıb.

Yeni mövsümdə “Çağırış kuboku” nda iştirak edəcək komandamız bugün ilk oyununa çıxıb.

Eldar Yusubovun yetirmələri yarışa 1/32 finaldan start verib. Komandamızın  ilk rəqibi Slovakiya təmsilçisi “Slaviya” olub.

Komandalar arasında ilk matç Bakıda baş tutub. “Azərreyl” ilk iki setdə rəqibi üzərində qələbə qazanıb. Üçüncü hissədə uduzan komandamız növbəti setdə rəqibindən üstün olub.

Qarşılıqlı razılaşma ilə sabah baş tutacaq cavab görüşü də Bakıda Voleybol Mərkəzində keçiriləcək. “Azərreyl”  bu matça nominal qonaq qismində çıxacaq.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması saat 18:00-da başlayacaq.

Çelenc kuboku, qadınlar
1/32 final
29 noyabr
18:00. “Azərreyl” (Azərbaycan) – “Slaviya” (Slovakiya) – 3-1 (25-20, 25-19, 19-25, 25-20)