Azerrail VC

Xəbərlər

Haqqımızda

“Azerreyl” 1/16 finalda !

Qadın  voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün növbəti avrokubok oyununu keçirib.

Komandamız «Çağırış kuboku” nun 1/32 final mərhələsinin cavab matçına çıxıb.

Eldar Yusubovun baş məşqçisi olduğu komanda Slovakiya təmsilçisi “Slaviya” ilə üz-üzə gəlib. Dünən keçirilən ilk oyunda qalib gələn bakılılar bu dəfə nominal qonaq kimi meydana çıxıb. Qarşılıqlı razılaşmaya əsasən bu qarşılaşma da Bakıda Voleybol Mərkəzində keçirilib. 

"Azərreyl" ilk setdə ciddi müqavimətlə üzləşsə də, növbəti hissələrdə rəqibə çətin anlar yaşadıb. Nəticədə matç komandamızın 3-0 hesablı qələbəsi ilə başa çatıb. 

Bakı təmsilçisi yarışa 1/16 finaldan başlayacaq Almaniyanın “Turingen” komandası ilə görüşəcək. Bu komandalar arasında ilk qarşılaşma dekabrın 20-də Almaniya klubunun meydanında baş tutacaq. Cavab oyununun vaxtı hələlik dəqiqləşməyib.

Qeyd edək ki, “Azərreyl” ilk görüşdə 3-1 (25-20, 25-19, 19-25, 25-20) hesablı qələbə qazanıb.

Çelenc kuboku, qadınlar
1/32 final, cavab oyunu
30 noyabr
18:00.
“Slaviya” (Slovakiya) - “Azərreyl” (Azərbaycan) – 0-3 (24-26, 14-25, 21-25)