Azerrail VC

Xəbərlər

Haqqımızda

Azerreyl ilk oyunda Almaniya klubuna uduzdu

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün  “Çağırış kuboku”nda 1/16 final mərhələsində ilk  oyununu keçirib.

Eldar Yusubovun yetirmələri Almaniyada yerli “Zul”la üz-üzə gəlib. “Azərreyl” bu qarşılaşmada nominal meydan sahibi olub. İlk seti uduzan komandamız, 2-ci setdə hesabı bərabərləşdirsə də, sonda 1-3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, tərəflər hər iki görüşün Almaniyada təşkil olunmasını razılaşdırıb. Komandaların sabahkı cavab oyununda “Zul” meydan sahibi sayılacaq.

Çelenc kuboku, qadınlar
1/16 final, ilk oyun
14 dekabr
22:00. “Azərreyl” (Azərbaycan) – “Zul” (Almaniya) - 1-3 (15-25, 25-23, 20-25, 16-25)
Turingen Voleybol Arena